"HİV və vərəm birlikdə gedən xəstəlikdir".
E-saglam.az xəbər verir ki, bu sözləri Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova "İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi fəsadlar, sıfır ayrıseçilik - stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə tədbiri"ndə deyib.
O bildirib ki, HİV xəstələri dünyasını ən çox vərəm səbəbindən dəyişir: "Vərəmlə müqayisədə HİV nisbətən cavan xəstəlikdir".
İ.Axundovanın sözlərinə görə, təəssüf ki, bizim xəstələr, onların ailələri, hətta tibb işçiləri arasında da "damğa", stiqma hələ də qalmaqdadır: "Düşünürəm ki, hamımız bir yerdə çalışsaq, bu istiqamətdə yaxşı nailiyyətlər qazanarıq".
Könül Oruc