Faydalı
İbn Sina bunu “ölümsüzlüyün meyvəsi” adlandırmışdı -
Faydalı
3367

İbn Sina bunu “ölümsüzlüyün meyvəsi” adlandırmışdı - Ürək xəstəliklərindən və xərçəngə qarşı qoruyur

İnnab əsrlər boyu alternativ təbabətdə istifadə edilmişdir və İbn Sina tərəfindən "ölümsüzlüyün meyvəsi" kimi təsvir edilmişdir.

E-saglam.az xəbər verir ki, başda öskürək və mədə xorası olmaqla bir çox xəstəliyin müalicəsində istifadə edilən innab, sözün əsl mənasında şəfa mənbəyidir.

İnnabın vətəni Çin kimi tanınır. Çindən bütün dünyaya yayılan meyvə əsrlərdir alternativ təbabətdə istifadə edilir və həkimlərin əcdadı sayılan İbn Sina tərəfindən "ölümsüzlük meyvəsi" olaraq təsvir edilir. Vitamin və minerallarla zəngin olan innab kalsium, kalium, brom və lantan elementlərini də ehtiva edir.  İnnabın tərkibində antioksidantların miqdarı kifayət qədər yüksəkdir. İnnab ürək xəstəlikləri və xərçəng kimi ölümcül sağlamlıq problemlərinə qarşı qoruyucu təsirə malikdir. Gənc yaşda infarkt riskini azaldır və pis xolesterinlə mübarizə apararaq orqanizmi qoruyur.

Avropa bu ləzzətdən şirniyyat və xörəklərdə çox istifadə edir. Mürəbbəsi ilə yanaşı, qurudulmuş forması isə toz halına salınaraq şirniyyatlarda dadlandırıcı kimi istifadə olunur.

Bu möcüzə meyvənin dadını və faydalarını kəşf etsəniz, süfrənizdən heç vaxt ayırmayacaqsınız.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun