Sosial
İki yaşlı Zəhranın dəstəyə ehtiyacı var:
Sosial
644

İki yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Yaralarını sarımağa bint ala bilmirik"

Bir yaş doqquz aylıq Zəhranın dəstəyə ehtiyacı var.

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Şəbnəm Abbasova məlumat verib.

O bildirib ki, övladı noyabrın 4-də bədbəxt hadisə nəticəsində yanıb.

"Zəhra bir yaş səkkiz aylıqdır, noyabrın 4-də çaydanın naqilini üstünə çəkib, özünü yandırıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə getdik. Orada müalicələr alsaq da, imkanımız çatmadığı üçün çıxmalı olduq. Zəhranın müalicəsini davam etdirə bilmək üçün 600 manata ehtiyacımız var. İnanın, nə mazlarını ala bilirəm, nə bintini. Yaraları suluq edir, partlayır. Ağrılara dözə bilmir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (099) 351-56-54.

Kapital Bank: 4169 7388 7185 6161.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun