Qidalanma
İlanbalığı 130 nəfərin zəhərlənməsinə
Qidalanma
302

İlanbalığı 130 nəfərin zəhərlənməsinə SƏBƏB OLDU - Ölən var

Yaponiyada məşhur yay yeməklərindən biri olan ilanbalığı ölümə səbəb olub. Tokioda yerləşən restoranda ilan balığı yeyən 130 nəfər ishal və qusma kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən biri, 90 yaşlı qadın vəfat edib.

Qida zəhərlənməsinə səbəb olan restoranın meneceri Soiçiro Tomita bu barədə açıqlama verib.

"Satdığımız məhsulların vurduğu ziyana görə ictimaiyyətdən üzr istəyirik. Bu halın bir daha yaşanmaması üçün qida təhlükəsizliyi tədbirlərini gücləndirəcəyik”, - menecer qeyd edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun