Xəstəliklər immunitet sistemimizi gərginləşdirir. Ancaq təbiətin bizə təqdim etdiyi möcüzələrdən biri olan çaylar bu dövrdə sağlamlığımızı qorumaq üçün bizə çox yaxşı kömək edə bilər.
İmmunitetinizi gücləndirəcək 7 əfsanəvi çay resepti və sağlamlıq faydaları...
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, təbiətin bizə təqdim etdiyi möcüzələrdən biri olan çaylar min illər boyu insanların sağlamlığını qorumaq və müalicə etmək üçün istifadə edilən təbii dərman mənbəyi olmuşdur. Çaylar tərkibindəki zəngin qida dəyərləri və şəfalı otlar sayəsində immunitet sistemimizi gücləndirir, tərkibindəki vitamin və minerallarla yanaşı, həm də ruhumuza və bədənimizə dinclik və rahatlıq bəxş edir.
Zəncəfilli limon çayı
Zəncəfilin iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan bu çay immunitet sistemini gücləndirir, limon isə C vitamini mənbəyi olmaqla soyuqdəymə, qrip kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
İtburnu çayı
C vitamini ilə zəngin olan itburnu soyuq qış günlərində immunitet sistemini dəstəkləmək üçün ideal seçimdir. Antioksidantlarla da zəngin olan bu çay orqanizmi xəstəliklərdən qoruyur.
Adaçayı
Adaçayı tərkibindəki flavonoidlər və antioksidanlar sayəsində immunitet sistemini gücləndirir. O, həmçinin bədəni rahatladır və streslə mübarizə aparmağa kömək edərək müdafiə sistemini dəstəkləyir.
Çobanyastığı çayı
Çobanyastığı çayı rahatlaşdırıcı və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır. Soyuqdəymə və boğaz ağrısı kimi simptomları aradan qaldırarkən immunitet sistemini gücləndirir.
Nanə və limon çayı
Nanə və limonun təravətləndirici təsiri ilə tanınan bu çay həzmi tənzimləyir və həmçinin immunitet sistemini dəstəkləyir. Bundan əlavə, nanə tıxanmış burun və boğazı təmizləməyə kömək edir.
Alma çayı
Alma C vitamini ilə zəngindir. Bu çay soyuq qış günlərində orqanizmi gücləndirir, həm də şirin dad verir.
Hibiskus çayı
Hibiskus çayı yüksək antioksidant tərkibi ilə immunitet sistemini gücləndirir, qan təzyiqini tənzimləyir və həzmi yaxşılaşdırır. C vitamini ilə də zəngin olan bu çay soyuqdəyməyə qarşı qoruyucu təsir göstərir.
Tərcümə: Könül Oruc