Tibbi xəbərlər
İndiyədək pandemiya ilə əlaqədar səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi açıqlanıb
Tibbi xəbərlər
235

İndiyədək pandemiya ilə əlaqədar səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi açıqlanıb

İndiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi açıqlanıb.

E-saglam.az-ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə 2022-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin üçüncü oxunuşda qəbulundan sonra çıxışında bildirib.

Ə.Əsədov deyib ki, indiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində təkcə səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib.

Qeyd edək ki, pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası üçün bugünədək 433 mln. manat vəsait ayrılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun