Piylənmə bütün dünyada artan bir problem olaraq qalmağa davam edir.
E-saglam.az xəbər verir ki, Ümumi Cərrahiyyə Mütəxəssisi Op. Dr. İsmail Çalıkoğlunun sözlərinə görə, Bir çox insan artıq çəkini xəstəlik kimi qəbul etmir, bunu normal qəbul edirlər: "vətəndaşların artıq çəkilərini bir xəstəlik olaraq görmələri və müalicələrinə başlamaları lazımdır. Müalicəsi üçün bir çox variant var, amma ən əsası bu insanların müalicəyə çata bilməsidir, çünki bir çox insan bunu qəbul etmir. Artıq çəkini bir xəstəlik olaraq normal görə bilirlər".
Fərdlər obez olub-olmadığını müəyyən edə bilirlər. Sadəcə olaraq internetdən kütlə indeksini hesablayırıq və əgər 30-dan yuxarı çıxırsa, həkimə müraciət etmələrini tövsiyə edirik.
Ən yaxşı müalicə xəstələnməməkdir
Bunun üçün insanlara məsləhətim odur ki, çəki azlığına arxalanmasınlar və daim aktiv həyat tərzi keçirsinlər. Bu, bir az gəzinti ola bilər, həftədə 3 gün ən azı 30 dəqiqə aerobik məşqlər ürəyinizi sürətləndirə bilər. Bu yolla həyat tərzimizi dəyişmək lazımdır.
Əvvəlki illərlə müqayisədə obez sayında artım var
90-cı illərlə 2000-ci illərin əvvəlindəki rəqəmlər ilə indiki rəqəmlər arasında obezite sayı baxımından çox böyük fərq var. Biz xəstəni arıqladırıq, amma bizim yeganə məqsədimiz arıqlamaq deyil, o çəkini saxlamaqdır. Çəkini vermək asandır, qorumaq isə çətin. Əslində bu, daha böyük motivasiya tələb edir”.
Tərcümə etdi: Könül Oruc