Tibbi xəbərlər
İsti hava qan damarları üçün niyə təhlükəlidir? –
Tibbi xəbərlər
139

İsti hava qan damarları üçün niyə təhlükəlidir? – Həkimdən xəbərdarlıq

Yay aylarında temperaturun yüksəlməsi təkcə narahatlıq yaratmır, eyni zamanda sağlamlıq üçün ciddi risklər də yaradır. Xüsusilə ürək-damar sistemi üçün isti hava gözlənildiyindən daha təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, nevroloq Qalina Çudinskaya bildirib ki, yüksək temperatur zamanı orqanizm çoxlu maye itirir.

O qeyd edib ki, tərləmə ilə birlikdə bədən yalnız su deyil, həm də natrium və xlorid kimi vacib elektrolitləri itirir. Bu isə qanın qatılaşmasına, dövranın pozulmasına və qan təzyiqinin artmasına səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, qanın qatılaşması tromb yaranması riskini artırır. Bu tromblar damarları, o cümlədən beyin damarlarını tıxayaraq insult kimi ciddi hallara yol aça bilər. Bu səbəbdən isti hava dövründə ürək-damar hadisələrinin artması müşahidə olunur.

Qalina Çudinskaya vurğulayır ki, yüksək temperatur xüsusilə yaşlı insanlar, hipertoniya və diabet xəstələri, eləcə də müntəzəm dərman qəbul edən şəxslər üçün daha təhlükəlidir. Susuzlaşma qanda dərmanların konsentrasiyasını artıraraq həm təsirini, həm də yan təsir riskini yüksəldə bilər.

Mütəxəssislər isti havalarda kifayət qədər maye qəbul etməyi, günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı və sağlamlıqla bağlı hər hansı narahatlıq olduqda həkimə müraciət etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun