Tibbi xəbərlər
İtkin düşən nazir tapıldı
Tibbi xəbərlər
47

İtkin düşən nazir tapıldı

Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski sağ tapılıb.

E-saglam.az axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Omsk hökumətinin mətbuat xidməti yayıb.

Məlumata görə, o, normal vəziyyətdədir və xəstəxanada yoxlamalardan keçir.

Qeyd edək ki, Muraxovski 7 mayda ova getmiş və yoxa çıxmışdı.

Muraxovski Omskun səhiyyə naziri təyin edilməzdən öncə Navalnının müalicə edildiyi xəstəxananın baş həkimi kimi çalışıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun