Qidalanma
Kartof əvəzinə bu tərəzdən istifadə edin
Qidalanma
2628

Kartof əvəzinə bu tərəzdən istifadə edin - 70 dəfə daha faydalıdır

Kartof əvəzinə bu tərəzdən istifadə edin, 70 dəfə daha faydalıdır.

Kərəviz də kartof kimi kök tərəvəzdir. Tərkibində çoxlu mineral olan kərəvizi kartof əvəzinə istifadə etmək olar.

E-saglam.az xəbər verir ki, xüsusilə karbonhidratdan uzaq durmaq istəyənlər, pəhriz saxlayanlar yemək və salatlara kartof əvəzinə kərəviz əlavə edə bilərlər.

Bu tərəvəz həm kartof kimi tox saxlayır, həm də ondan qat-qat daha faydalıdır. Bəzi araşdırmalar kərəvizin ehtiva etdiyi qida maddələrinə görə, kartofdan 70 dəfə daha faydalı olduğunu göstərib.
Kərəvizin faydalarını təqdim edirik:

- Kərəviz liflə çox zəngindir. Bir çox xəstəliklərdən qorunmaq üçün hər gün lif tərkibli qidalar yemək böyük əhəmiyyət kəsb edir.

- Bu tərəvəz orqanizmdəki iltihabı aradan qaldırır.

- Həzmi tənzimləyir və qəbizliyin qarşısını alır.

- Kalorisi az olduğu üçün arıqladır.

- Qan təzyiqini aşağı salır.

- İmmunitet sistemini gücləndirir.

- Tərkibində antiinflamatuar birləşmələr var.

-Tərkibindəki antioksidantlarla qanın lipid səviyyələrini tənzimləyə və bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruya bilər.

- Sümük sağlamlığını dəstəkləyir.

- O, həmçinin bəzi xərçəng növlərinə tutulma riskini azaldır.

Kərəvizin bu faydalarından faydalanmaq üçün onu müntəzəm olaraq istehlak etmək və balanslaşdırılmış qidalanma proqramına daxil etmək vacibdir. (Medicina.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun