Tibbi xəbərlər
Keçmək bilməyən qəbizliyin qarşısını almağın
Tibbi xəbərlər
453

Keçmək bilməyən qəbizliyin qarşısını almağın ən təsirli yolu

Uşaq Qastroenteroloqu Dos. Dr. Nevzat Aykut Bayrak uşaqlarda qəbizliyin artdığını bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, halların 95%-i funksional səbəblərlə bağlıdır və düzgün qidalanma ilə qarşısı alına bilər.

Ən əsas əlamətlər:

  • Həftədə iki dəfədən az nəcis ifrazı

  • Ağrılı və sərt defekasiya

  • Zeytun və ya keçi nəcisi formasında ifrazat

  • Nəcis saxlaya bilməmə

Nə etməli?

  • Lifli qidalar: Balqabaq, ispanaq, bamya, semizotu və təzə meyvələr – ərik, gavalı, tut.

  • Süd istehlakı: İnək südü qəbizlik yarada bilər, əvəzinə qatıq və ayran tövsiyə olunur.

  • Su: Gün ərzində bol su içmək bağırsaq hərəkətlərini artırır.

Bayrak əlavə edib ki, qəbizlik 3 aydan çox davam edərsə, xroniki hal alır və mütləq həkim müdaxiləsi tələb olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun