Tibbi xəbərlər
Keçmiş baş həkim bu rayonda cərrah kimi
Tibbi xəbərlər
388

Keçmiş baş həkim bu rayonda cərrah kimi fəaliyyətə başladı

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni uşaq cərrahı təyin olunub.

E-saglam.az xəbər verir ki, bu vəzifəyə tanınmış həkim Məzahir Müzəffərov təyinat alıb.

O, ötən aydan xəstəxanada yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 37 yaşlı Məzahir Müzəffərov 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini, 2011-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Uşaq cərrahiyyəsi kafedrasında rezidenturanı bitirib.

O, 2011-2014-cü illərdə 1 Saylı Şəhər Klinik Xəstəxanasında, 2014-2015-ci illərdə Türkiyə Cümhuriyyəti Çukurova Universiteti Balcalı Xəstəxanası Uşaq Cərrahiyyəsi şöbəsində, 2015-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Uşaq cərrahiyyəsi şöbəsində, 2016-2018-ci illərdə “Grand Hospital”da, 2016-2019-cu illərdə Sumqayıt şəhər 2 nömrəli Uşaq Poliklinikasında, 2018-2019-cu illərdə “Medistyle Hospital”da uşaq cərrahı kimi çalışıb.

İqtisadiyyat.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun