Xəstəliklər
Kolbasa ürək-damar xəstəliklərini artırır
Xəstəliklər
462

Kolbasa ürək-damar xəstəliklərini artırır - Mütəxəssis

Endokrinoloq və diyetoloq Olqa Çuxaçova hesab edir ki, sağlamlığınıza zərər vermədən gündə bir tikə kolbasa yeyə bilərsiniz.

E-saglam.az xəbər verir ki, o, "Gazeta.Ru" ilə söhbətində kolbasanın zərərlərindən bəhs edib. 

Çuxaçevanın sözlərinə görə, kolbasa çoxlu doymuş yağ ehtiva edir, onun istehlakı ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Bu riski azaltmaq üçün həkim kolbasanın istehlakını məhdudlaşdırmağı tövsiyə edir.

Diyetoloq deyir ki, ideal olaraq, doymuş yağlar gündəlik kalorinizin təxminən 10 faizini təşkil etməlidir: "Bu, təxminən baş barmağınız ölçüsündə bir parça piy, kolbasa və ya yağ ola bilər".

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun