ABŞ və İngiltərədə aparılan araşdırmalara görə, koronavirus havadan burun yolu ilə ağciyərlərə və beyinə yayılır, unutqanlığa və diqqət yayınmasına səbəb olur.
E-saglam.az koronavirusun beyinə olan təsirlərini təqdim edir:
Virus infeksiyaları zehni yavaşlama təsiri yaradır
Koronavirus qısa müddət davam edən bir xəstəlik olmaya bilər. Test nəticələri mənfi çıxdıqdan sonra belə xəstəliyin təsirləri hələ də davam edər. Bütün virus infeksiyaları insanda zehni yavaşlama təsiri buraxır. Koronavirus keçirən altsheymer xəstələrində şikayətlər artmağa başlayır. Bu xəstələr xüsusilə diqqətli olmalıdırlar. Bəzi altsheymer xəstələri müalicə olub sağaldıqdan sonra uzun müddət normal vəziyyətə qayıda bilmirlər. Xəstəxanadan çıxdıqdan sonra yaxınlarını tanımaqda çətinlik çəkirlər.
Altsheymer xəstələrinə qidalanma məsləhətləri
Altsheymer müalicəsində 12 bitki; yaşıl çay, kori, limon, yemişan, balıq və dəniz məhsulları, avokado, badam, ispanaq, adaçayı, reyhan, kök suyu, alça.
Bu xəstələr çox isti yemək yeməkdən, qəbzliyə səbəb olan qidalardan uzaq durulmalıdır. 60 yaşdan yuxarı xəstələr yüksək miqdar karbohidratlı qidaları yeməməlidirlər. Daha çox tərəvəz və meyvə əsaslı qidalanmalıdırlar. Çox yağ, karbohidrat və duz olan qidalar altsheymer xəstələri üçün təhlükəlidir./medicina.az/