Xəstəliklər
"Koronavirusa yoluxduqdan 6-8 aydan sonra immunitet aşağı düşür"
Xəstəliklər
190

"Koronavirusa yoluxduqdan 6-8 aydan sonra immunitet aşağı düşür"

“Xəstəliyə yoluxduqdan sonra əmələ gələn təbii immunitet 6-8 aydan sonra aşağı düşür”.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, buna görə 3-cü dozanın (buster) vurulması məsləhət görülür:

“Xüsusən xronik xəstəliyi olanlarda formalaşan immunitet müddəti daha az ola bilər. Buna görə xəstəlik keçirən insan da rahat olmamalı, özünü qorumalıdır”. Onun sözlərinə görə, iki doza “Sinovac” vurdurduqdan sonra 3-cü doza yeni vaksinin vurulması buster doza deyil: “Bu, artıq yeni vaksinasiyadır".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun