Xəstəliklər
Kovidin iki variantına eyni anda yoluxmaq mümkündür - ARAŞDIRMA
Xəstəliklər
84

Kovidin iki variantına eyni anda yoluxmaq mümkündür - ARAŞDIRMA

Mütəxəssislər koronavirusun 2 variantına eyni anda yoluxmağın mümkün olduğunu bildirirlər.

E-saglam.az xəbər verir ki, Braziliyadakı mütəxəssislər yanvar ayında 2 nəfərin eyni anda 2 tip koronavirusa yoluxduğunu sübut ediblər.

BBC-də yer alan xəbərə görə, Portuqaliyadan olan tədqiqatçılar, COVID-19 infeksiyasından əziyyət çəkərkən 2-ci varianta da yoluxan 17 yaşlı gəncin müalicəsini aparıblar.

Belçikada isə mütəxəssislər yıxıldığı üçün xəstəxanaya qaldırılan 90 yaşlı qadının 2 fərqli ştamma yoluxduğunu aşkarlayıblar.

Lakin peyvənd olunmayan qadın mart ayında ölüb./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun