Faydalı
Laçının özünəməxsus bitkisi: "Sağlamlıq, mədə-bağırsaq üçün faydalıdır,
Faydalı
528

Laçının özünəməxsus bitkisi: "Sağlamlıq, mədə-bağırsaq üçün faydalıdır, vitaminlərlə zəngindir"

Xıncılovuz bitkisi zəngin təbiəti olan Laçında geniş yayılıb.

E-saglam.az xəbər verir ki, bu bitkiyə əsasən dağ yamaclarında və çaykənarı düzənliklərdə daha çox rast gəlinir.

Doğma yurduna dönən Laçın sakinləri də artıq illər əvvəl olduğu kimi, yenidən xıncılovuz toplayırlar.

"Bu bitki sağlamlıq, xüsusilə də mədə-bağırsaq üçün çox faydalıdır, vitaminlərlə zəngindir. Nənə-babalarımız bundan yediyi üçün sağlam olublar", − sakin xıncılovuzun faydalarından danışarkən söyləyib.

Ətraflı Baku TV-nin süjetində:

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun