Tibbi xəbərlər
Lənkəranda 1 yaşlı körpə öldü - Səbəbi bilinmir
Tibbi xəbərlər
341

Lənkəranda 1 yaşlı körpə öldü - Səbəbi bilinmir

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb.

E-saglam.az report-a istinadən xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsindən sonra N.Ağazadənin öldüyü məlum olub. Körpə xəstəxanaya gətirilənədək yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun