Xəstəliklər
Maskanı neçə saatdan çox taxmaq olmaz?
Xəstəliklər
193

Maskanı neçə saatdan çox taxmaq olmaz?

Koronavirus infeksiyası ilə əlaqədar son bir neçə aydır hər kəs maskadan istifadə edir. Bəzən qapalı yerlərdə, bəzən açıq havada taxılan bu maskaları tez-tez dəyişmək mütləqdir.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, maskanı 4 saatdan artıq taxmaq olmaz. Əgər maska nəfəs aldıqca islanıbsa, onu həmin dəqiqə çıxartmalısınız.

Mütəxəssislər bildirib ki, ən çox da uşaqların maskanı uzunmüddətli taxması təhlükəlidir. Bu, uşaqlarda nəfəsçatışmazlığı, astma kimi problemlər yarada bilər.

Nəm maska ağız ətrafında səpkilərin, allergiyanın yaranmasına gətirib çıxarır.

Nəfəs aldıqca maska tərləyir, bu da uzun müddət istifadə olunarsa, göbələk xəstəliyinə gətirib çıxarar.  

4 saatdan artıq taxılan maskada bakteriyalar çox toplanır. Bu da nəfəs aldıqca orqanizmimizə keçir.

Maska tozu tez çəkir. Buna görə də onu 4 saatdan artıq yeniləmək mütləqdir.

4 saat ərzində isə maskanı hər 10 dəqiqədən bir aşağı çəkib sərbəst nəfəs alın. /axşam.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun