Tibbi xəbərlər
Məktəblər hansı halda yenidən bağlana bilər? - Nazirdən AÇIQLAMA
Tibbi xəbərlər
200

Məktəblər hansı halda yenidən bağlana bilər? - Nazirdən AÇIQLAMA

Ənənəvi tədrisin davamlı olması üçün vaksin vurdurmalıyıq.

E-saglam.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, hamı ənənəvi tədrisin bərpasını sevinclə qarşılayır.

“Amma biz unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Nə qədər çox vaksin vurdursaq, ənənəvi dərslər o qədər davamlı olar”, - deyə nazir məktəblərin hansı hallarda bağlanması məsələsinə münasibət bildirib.

O, həmçinin vurğulayıb ki, hər kəs bu məsələdə diqqətli və məsuliyyətli olmalıdır. Bundan əlavə, nazir əlavə edib ki, artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun