Xəstəliklər
Meneceri Trampın qorxduğu xəstəliyin adını
Xəstəliklər
510

Meneceri Trampın qorxduğu xəstəliyin adını açıqlayıb

“ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Alzheimer xəstəliyindən qorxur. Buna səbəb isə onun atası Fred Trampın bu cür xəstəlikdən əziyyət çəkməsidir”.

E-saglam.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə “Trump Organization”ın keçmiş top-meneceri danışıb. 

Adı açıqlanmayan menecer Trampın öz atası ilə ünsiyyətinin şahidi olduğunu bildirib: “Donald şübhəsiz ki, Alzheimer xəstəliyindən qorxur”.

O, həmçinin vurğulayıb ki, ABŞ-nin keçmiş prezidenti bunu etiraf etmək və bu barədə ictimai olaraq danışmaq niyyətində deyil. 

Qəzet qeyd edir ki, amerikalı siyasətçinin atası 1990-cı illərdə ağır vəziyyətdə olub. Bildirilir ki, Donald Tramp ailəsini öz malikanəsinə dəvət etdikdə atası öz övladlarını tanıya bilməyib. Fred Tramp 1999-cu ildə 93 yaşında dünyasını dəyişib.

Tərcümə: “Qafqazinfo”

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun