Xəstəliklər
Meteohəssas insanlara kardioloqdan mühüm xəbərdarlıq
Xəstəliklər
158

Meteohəssas insanlara kardioloqdan mühüm xəbərdarlıq

Aşağı atmosfer təzyiqi şəraitində ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların əsas səhvi həddindən artıq işləməkdir.

E-saglam.az xəbər verir ki, bu sözləri kardioloq, tibb elmləri namizədi Andrey Kondrakin deyib.

"Söhbət təkcə fiziki əməkdən deyil, orqanizmə təsir edə biləcək istənilən yükdən gedir. Bu zaman onun həm daxili, həm də xarici problemlərin öhdəsindən gəlməsi çətinləşir. Odur ki, belə günlərdə tənbəl olmaq daha yaxşıdır", - mütəxəssis izah edib.

İkinci ciddi səhv, həkimin fikrincə, yuxusuzluqdu. Üçüncüsü, stimullaşdırıcı maddələrin (energetik içkilər) və spirt istifadəsidir, qanı qatılaşdırmağa kömək edir. Həmçinin daha az siqaret çəkmək, təzyiqə nəzarət etmək və həkiminizin təyin etdiyi dərmanları unutmamaq tövsiyə olunur. /publika.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun