Xəbərlər
Meteohəssas insanların NƏZƏRİNƏ:
Xəbərlər
387

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir

Hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə, demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında iyunun 27-də tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır.

E-saglam.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq. Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarında 3-4,8 intervalında dəyişəcək, saat 10:00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun