ABŞ-də 33 yaşlı model Janaina Bonassi nadir bir xəstəlik səbəbindən yuxusunda ürəyi dayanıb.
E-saglam.az xəbər verir ki, həkimlər onu xilas edə biliblər.
"Bir gecə Bonassi oyandı və nəfəs almaqda çətinlik çəkdiyini gördü. Sonra huşunu itirdi və cəmi bir həftə sonra özünə gəldi. Sonradan məlum olduğu kimi, ona ilk tibbi yardımı tibb təhsili olan və buna görə də defibrilatordan istifadə etməyi bilən uşaq dayəsi, eləcə də ürək masajı edən əri göstərib.
Belə ki, qadın xəstəxanaya huşsuz, lakin nəbzi ilə gəlib. Müayinələr zamanı məlum olub ki, modelin QT intervalı uzanıb, nadir hallarda rast gəlinən və çox vaxt genetik olan və ciddi ürək problemlərinə yol açır. Müalicədən sonra Bonassi bu patologiya haqqında məlumatlılığın artırılması ilə məşğul oldu".
Tərcümə: Könül Oruc