Tibbi xəbərlər
Nazir əvəzi uşaqların vaksinasiyasından danışıb
Tibbi xəbərlər
201

Nazir əvəzi uşaqların vaksinasiyasından danışıb

"Səhiyyə Nazirliyinin Ekspert Şurasının, Tibbi Elmi Şuranın qərarına əsasən, Azərbaycanda 12-18 yaş uşaqlar könüllü olaraq hər iki valideynin razılığı əsasında vaksinasiya oluna bilərlər".

E-saglam.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, həmin uşaqlara yalnız "Pfizer" vaksini vurulur: "Ölkədə vaksin sayı yetərincədir. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda bütün vaksinlər var, insanlarımız istənilən vaksini vurdura bilərlər. Bu, böyük nailiyyətdir".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun