Tibbi xəbərlər
Nə avokado, nə də ərik: Bağırsaq üçün
Tibbi xəbərlər
197

Nə avokado, nə də ərik: Bağırsaq üçün ən yaxşı meyvə ortaya çıxdı

Mütəxəssislər sağlam həzm sistemi üçün gündə 25-38 qram lif qəbulunun vacib olduğunu bildirirlər. Ancaq bu tələbi ödəyənlərin sayı kifayət qədər azdır. Qiymətləndirmələrə görə, kişilərin yalnız 3%-i, qadınların isə təxminən 10%-i tövsiyə olunan gündəlik lif miqdarını qəbul edir.

E-saglam.az xəbər verir ki, diyetoloqlar və həkimlər lif ehtiyacını təmin etmək üçün təbii mənbələrə üstünlük verməyin vacibliyini vurğulayırlar. Bu baxımdan liflə zəngin meyvələr önə çıxır. Qastroenteroloq Will Bulseviç moruğu bağırsaq sağlamlığı üçün “1 nömrəli qida” adlandırır.

Bir fincan moruqda təxminən 7 qram lif mövcuddur. Bundan əlavə, C vitamini və polifenollarla zəngindir. Bu maddələr bədəndə antioksidant təsir göstərərək hüceyrə zədələnməsinin qarşısını almağa kömək edir.

Tədqiqatlar göstərir ki, moruq tərkibində təbii şəkər olmasına baxmayaraq, tip 2 diabet riskini azalda bilər. Artıq şəkərli diabeti olan insanlarda isə qan şəkərinin idarə olunmasına kömək etdiyi bildirilir.

Moruq həmçinin qıcıqlanan bağırsaq sindromu (İBS) zamanı şişkinlik və qarın ağrısına səbəb ola bilən fermentləşdirilə bilən karbohidratlarda (FODMAP) aşağı olan meyvələrdəndir. Bu səbəbdən həssas bağırsaq quruluşu olanlara da tövsiyə olunur.

Ekspertlər xəbərdarlıq edir

Bağırsaq sağlamlığını dəstəkləmək üçün rasiona müntəzəm olaraq moruq əlavə etmək faydalıdır. Ancaq hər hansı pəhriz əlavəsi qəbul etməzdən və ya rasionda dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Məqalədəki məlumatlar yalnız məlumat məqsədi daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun