Tibbi xəbərlər
Yenə "Mərcan" klinikası - Plastik əməliyyatda ölən pasiyentin yaxınları
Tibbi xəbərlər
275

Yenə "Mərcan" klinikası - Plastik əməliyyatda ölən pasiyentin yaxınları şikayətçidir

Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah eyni zamanda "MedAura" klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

 E-saglam.az xəbər verir ki, bu barədə vəfat edən pasiyentin yaxınları anews.az-a şikayətində bildirib.

Vəfat edən pasiyentin ailəsi Arzu Sadıqovanın ölümündə həkimi günahlandırır.

"Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə- iyunun 12-də Mərcan klinikasında  abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb", - pasientin yaxınları bildirib. 

Nigar Məmmədova həm "Mərcan" klinikasında fəaliyyət göstərir, həm də "Medaura" klinikasının baş həkimidir. 

Məsələ ilə bağlı həkim Nigar Məmmədovanın rəsmi səhifəsində yerləşdirdiyi əlaqə nömrəsinə zəng etsək də həmin nömrənin təyin olunmadığı deyildi. 

"Mərcan" klinikasından bildirildi ki, məsələ ilə bağlı klinikanın mövqeyi olduğu təqdirdə əlavə məlumat veriləcək. Klinikadan qeyd olunub ki, ekspertiziya rəyi açıqlandıqdan sonra açıqlama veriləcək. 

Baş verən ölüm faktı ilə bağlı Baş Prokurorluğa sorğu göndərmişik. 

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin "Siyahısı”nda Nigar Məmmədovanın adı yer almayıb. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun