Tibbi xəbərlər
"Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb" -
Tibbi xəbərlər
242

"Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb" - Deputat

"Bütün mübarizə tədbirlərinə baxamyaraq, dünyada vərəmə yoluxma artır. Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb".

E-saglam.az "Unikal"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri, deputat Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu baxımdan müvafiq qurumların iştirakı ilə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək. 

Komitə sədri qeyd edib ki, icbari tibbi sığorta bütün xəstəliklərin müayinə və müalicəsini təmin etməlidir:

"Ancaq hələ də görülməmiş işlər çoxdur. Xüsusilə, bizim fikrimiz budur ki, bu gün insanlar arasında yayılmış və tələfat verən xəstəliklərin hər biri icbari tibbi sığorta ilə əhatə olunsun".

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun