Sağlamlıq
Bu sadə zehni oyunla 5 dəqiqəyə
Sağlamlıq
86

Bu sadə zehni oyunla 5 dəqiqəyə yuxuya gedin

Yuxusuzluqla mübarizə aparan milyonlarla insanın gündəmində yeni bir texnika var. Mütəxəssislər deyirlər ki, bir neçə dəqiqə ərzində işə yarayan bu “ağıl oyunu” daha tez yuxuya getməyə kömək edə bilər.

E-saglam.az xəbər verir ki, istər iş yerindəki gərginlik, istər zehni yorğunluq, istərsə də gündəlik qayğılar olsun, bir çox insan gecələr yuxuya getməkdə çətinlik çəkir. Mütəxəssislərin fikrincə, bəzən yuxusuzluq normal sayılsa da, bu vəziyyət xroniki hal aldıqda həm zehni, həm də fiziki sağlamlığa mənfi təsir göstərə bilər. Ruhi sağlamlıq terapevtləri bildirirlər ki, problemin həlli mürəkkəb dərmanlarda deyil, düşüncə tərzini dəyişdirən zehni oyundadır.

Terapevtlərin fikrincə, yuxuya getməyi asanlaşdıran bu üsul beynin "nəzarəti ələ almaq" istəyini aradan qaldırır. İnsan sadəcə gözlərini yumub sakit bir mühitdə zehni kateqoriya oyununa başlayır.

Addımlar bunlardır:

Əvvəlcə bir kateqoriya seçin (məsələn, meyvələr, şəhərlər, filmlər və ya məşhurlar). Sonra əlifbanın hər bir hərfini həmin kateqoriyadan bir sözlə uyğunlaşdırın.

Məsələn: A - Alma, B - Banan, C - Albalı...

Hər nəfəs alarkən hərfi düşünün və cavabı nəfəs verərkən deyin.

Bu texnika həm zehni sakitləşdirir, həm də nəfəs alma ritmini yavaşlatmaqla bədəni yuxu rejiminə keçirir.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun