Tətil dövrlərində uşaqların yuxu rejiminin pozulması həm qısa, həm də uzunmüddətli mənfi təsirlərə səbəb ola bilər. Uşaqlar üçün müntəzəm və keyfiyyətli yuxu beyin inkişafı baxımından həyati əhəmiyyət daşıyır.
E-saglam.az xəbər verir ki, uşaq nevroloqu dosent Dr. Elif Acar Arslan bildirib ki, tətil zamanı yaranan qısa müddətli yuxu pozğunluqları adətən keçici olur, lakin dörd həftədən çox davam edərsə, bu, həm təhsil göstəricilərinə, həm də sağlamlığa mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, yuxu zamanı da beyin aktiv olur və bu proses yaddaşın möhkəmlənməsi, öyrənmə və motor bacarıqların inkişafında mühüm rol oynayır. Arslan əlavə edib ki, uzunmüddətli yuxu pozğunluğu immun sistemini də zəiflədir, uşaqları xəstəliklərə qarşı daha həssas edir.
Tərcümə: Nəzrin Abbas