Sağlamlıq
Hansı qidalar rahat
Sağlamlıq
84

Hansı qidalar rahat yuxuya kömək edir?

Yatmazdan əvvəl nə yediyimiz yuxu keyfiyyətimizi birbaşa təsir edir.

E-saglam.az xəbər verir ki, alimlərə görə, bəzi qidalar melatonin və serotonin istehsalını artıraraq orqanizmin “yuxu saatını” tənzimləyir.

Melatonin və triptofanla zəngin qidalar:

Süd, yumurta, balıq, qoz, kətan və çia toxumu, vişnə suyu və kivi kimi qidalar təbii melatonin və triptofan mənbəyidir. Bu maddələr sinir sistemini sakitləşdirir, yuxuya getməyi asanlaşdırır.

Bitki əsaslı qidalanma:

Mütəxəssislər bildirir ki, paxlalılar, tam taxıllar, tərəvəz və meyvələrlə zəngin pəhriz yuxu keyfiyyətini artırır. Araşdırmalara görə, gündə 3–4 porsiya meyvə və tərəvəz qəbul edənlərdə yuxusuzluq əlamətləri iki dəfə azalır.

Maqneziumun rolu:

İspanaq, paxlalılar, tumlar və qoz-fındıqda olan maqnezium sinir sistemini sakitləşdirir, stress hormonunu azaldır və yuxunu dərinləşdirir. Yetkinlər üçün gündə təxminən 400 mq maqnezium tövsiyə olunur.

Yemək vaxtı da önəmlidir:

Mütəxəssislər yatmazdan ən azı 2–3 saat əvvəl yeməyi dayandırmağı məsləhət görür. Axşam ağır və yağlı yeməklər yuxuya getməyi çətinləşdirə bilər. Gündüz saatlarında, xüsusilə işıqlı mühitdə yemək bədənin bioloji saatını tənzimləyərək gecə daha rahat yatmağa kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun