Faydalı
Səhər yuxudan oyana bilmirsinizsə,
Faydalı
12

Səhər yuxudan oyana bilmirsinizsə, səbəbi bu ola bilər

Səhər oyanmaqda çətinlik çəkirsinizsə, bu yalnız gec yatmaqla bağlı olmaya bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, yuxudan doyunca oyanmamağın bir neçə əsas səbəbi var.

Birincisi, yuxu borcudur. Gecələr fasiləli yuxu, tez-tez oyanma və ya az saat yatmaq bədənin dərin yuxu mərhələsinə keçməsinə mane olur. Nəticədə səhər beyin tam bərpa olunmur və oyanmaq çətinləşir.

İkincisi, melatonin ritminin pozulmasıdır. Gecə telefon və televizor işığı melatonin istehsalını azaldır. Bu hormon az olduqda yuxu keyfiyyəti aşağı düşür və səhər oyandıqda özünü yorğun hiss edirsən.

Üçüncü səbəb stress və kortizolun balanssızlığıdır. Kortizol səhər yüksəlməli və bədəni oyandırmalıdır, amma stress çox olduqda onun ritmi pozulur. Bu zaman insan səhər oyanmaqda çətinlik çəkir, axşam isə yatmaq istəmir.

Dördüncü, pəhriz və susuzluq da təsir edir. Axşam ağır yeməklər və kofein bədəni yükləyir, susuzluq isə gecə dərin yuxuya mane olur.

Burada bir mühüm faktor da maqnezium çatışmazlığıdır. Maqnezium sinir sistemini sakitləşdirən, əzələləri rahatlaşdıran və melatonin istehsalını tənzimləyən əsas mineraldır. Onun çatışmazlığı yuxunun dərin mərhələlərini pozur, gecə boyunca mikro-oyanmaları artırır və səhər ağır, halsız oyanmağa səbəb olur.

Həmçinin, vitamin D çatışmazlığı, qan azlığı və tiroid problemləri kimi gizli səbəblər də səhər ayıqlığına təsir göstərir.

Səhər daha rahat oyanmaq üçün gecə ekran işığını azaldın, yuxu saatlarınızı sabit saxlayın, axşam yüngül qidalanın və lazım gələrsə vitamin-mineral səviyyənizi, xüsusilə maqneziumu yoxladın. Bu kiçik dəyişikliklər gündəlik enerjinizi tamamilə dəyişə bilər.

Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun