Tibbi xəbərlər
Nəzarətsiz mədə dərmanları orqanlarda
Tibbi xəbərlər
184

Nəzarətsiz mədə dərmanları orqanlarda hansı problemlərə yol açır?

Mədə-bağırsaq xəstəlikləri səbəbiylə uzun müddət mədə dərmanı istifadə edən insanlar müalicə axtararkən bir çox xəstəliklərlə qarşılaşa bilərlər.

E-saglam.az xəbər verir ki, bir çox insan mədə-bağırsaq traktının pozulması səbəbindən uzun müddət mədə dərmanlarından istifadə edir. Bu dərmanlar mədəni sağaltmaqla yanaşı, bir çox xəstəliklərə də səbəb olur. Gaziosmanpaşa Xəstəxanası Daxili Xəstəlikləri Hissəsindən Dr. Müəllim Üzv Şeref Kamil Basmacıoğlu xəbərdarlıq edib ki, bu qoruyucu maddələr mədə turşusunun qıcıqlanması nəticəsində yaranan xora və reflü kimi xəstəliklərin müalicəsində istifadə olunmalıdır:

Azaldaraq tərgidin

"Mədə qoruyucuları yüksək dozalarda və lazım olduğundan daha uzun müddətə qəbul edilə bilər. Müalicənin hansı məqsədlə başlamasından asılı olmayaraq, müalicədən sonra dərmanlar azaldılmalıdır. Çünki qəfil dayandırılması şikayətlərin təkrarlanması ilə nəticələnə bilər. Dərman dozalarının bir müddət azaldılması lazım ola bilər. Mədə qoruyucularının uzun müddət istifadəsi nazik bağırsaqda bakteriyaların həddindən artıq çoxalmasına səbəb ola bilər və sümük metabolizmasının pozulması, sınıqlara meylliliyə səbəb olur".

Tərcümə etdi: Könül Oruc 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun