Xəstəliklər
Niyə koronavirusdan ölən kişilərin sayı daha çoxdur? - SƏBƏB
Xəstəliklər
245

Niyə koronavirusdan ölən kişilərin sayı daha çoxdur? - SƏBƏB

Hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir.

E-saglam.az modern.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tanınmış həkim allergoloq-immunoloq Vladimir Bolibok deyib.

Onun sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır:

“Kişilərdə antitelin yaranma səviyyəsi bir qədər aşağıdır. Qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi asan olur. Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur”.

Həkim, həmçinin qeyd edib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun