Xəbərlər
Oğuzda ayı 62 yaşlı kişiyə hücum edərək yaralayıb
Xəbərlər
244

Oğuzda ayı 62 yaşlı kişiyə hücum edərək yaralayıb

Oğuz rayonunda ayı 62 yaşlı kişiyə hücum edərək yaralayıb.

E-saglam.az "Report"un Şimal-qərb bürosuna istinadən məlumat verir ki, hadisə Xalxal kəndinin inzibati ərazisindəki yaylaqda baş verib.

Belə ki, Calut-2 qəsəbəsində məskunlaşmış, Xocalı rayon sakini, 1962-ci il təvəllüdlü Bakir Sabir oğlu Əliyev yaylaq ərazidə mal-qara otararkən ayı anidən heyvanlara hücum çəkib. Bu zaman heyvanları xilas etmək istəyən sakin özü də ayının hücumuna məruz qalıb. Əlindən və ayağından xəsarət alan Bakir Əliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun