Tibbi xəbərlər
Olimpiya idmançılarımız covid peyvəndi olunacaq
Tibbi xəbərlər
53

Olimpiya idmançılarımız covid peyvəndi olunacaq

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq.

E-saglam.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb olunacaq:

"Xəstəliyə yoluxan və orqanizmində anticism yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur".

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, idmançılar atletlər kəndində məskunlaşacaq. Tokio-2020-də iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi oyunlar başlayanadək vaksinasiya olunacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun