Faydalı
Onu qaynar südə atın, o qədər faydalıdır ki -
Faydalı
9557

Onu qaynar südə atın, o qədər faydalıdır ki - Öskürək, boğaz ağrısı, qəbizliyi dərmansız sağaldır

Soyuqdəyməyə qarşı mübarizə aparan və xüsusilə qış günlərində istehlak edilə bilən əncir və süd birləşməsini heç sınamısınızmı? Bu qarışığı sınadıqdan sonra onu bir daha tərk etmək istəməyəcəksiniz.

E-saglam.az qaynar südə əlavə edilən əncirin heyrətamiz faydalarını sizə təqdim edir.

Təzə və xüsusilə qurudulmuş əncir yeməklə insan orqanizminin hüceyrələri yenilənir. Əncir yüksək miqdarda protein, vitamin və minerallarla hüceyrələrin bərpasına kömək edən bir qidadır.

Məsələn, 100 qr qurudulmuş əncir yeyilərsə, orqanizmin gündəlik ehtiyacından yüzdə 17-si kalsium, yüzdə 30-u dəmir və maqnezium, yüzdə 20-si fosfor, yüzdə 5-i B1, yüzdə 4-ü B2 vitamini qarşılanacaq.

Əncir südünün şəfa olduğu xəstəliklər və istifadə qaydaları: 

Resept 1

3 və ya 4 ənciri qaynayan südün içinə atın. Sonra əncirlə birlikdə 5 dəqiqə qaynadın. Qaynatma prosesi başa çatdıqdan sonra əncir südü qarışığını blenderden keçirin.

Əncir süddə püresi halına gələndə qarışığı içə bilərsiniz. Ən azı yarım saat sonra qəbizlik problemi ilə vidalaşacaqsınız.

Əncir sinəni yumşaldır, bəlğəm çıxararaq bronxit, öskürək kimi sağlamlıq problemlərini aradan qaldırır.

Resept 2

İki quru ənciri iki stəkan çiy südə doğrayın və südü qaynadın. İyirmi dəqiqə buraxın, süzün və gündə iki dəfə bu isti südü için.

1-2 ədəd əncir qurusunu 2 çay qaşığı bal ilə qaynar suya qarışdırıb çay kimi içə bilərsiniz. Bir neçə istifadədən sonra boğaz ağrınız dərmansız sağalacaq.

Əgər hər hansı bir səbəbdən süd istehlak edə bilmirsinizsə, bu vəziyyətdən narahat olmanıza ehtiyac yoxdur. Qurudulmuş əncir meyvəsi də südü əvəz edir.

Əncirin tərkibindəki kalsium və fosfor sümüklərin və dişlərin əmələ gəlməsini və onların sağlamlığını təmin edir.

Bu səbəbdən süd içməyən insanlara gündə 3 ədəd əncir qurusu yemək tövsiyə olunur.

Tərcümə etdi: Könül Oruc

E-sağlam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun