Sağlamlıq
Orqanizm əsas bu yaşda qocalmağa başlayır -
Sağlamlıq
500

Orqanizm əsas bu yaşda qocalmağa başlayır - Alimlər açıqladı

Stanford Tibb Mərkəzinin alimləri aşkar ediblər ki, orqanizmdə çoxlu molekul və mikroorqanizmlərin sayı iki xüsusi vaxtda - 44 və 60 yaşlarında kəskin şəkildə artır və ya azalır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər 25-75 yaşlı insanlarda qocalma prosesində iştirak edən minlərlə müxtəlif molekulları, həmçinin onların mikrobiomlarını - içimizdə və dərimizdə yaşayan bakteriya, virus və göbələkləri qiymətləndiriblər. Məlum oldu ki, molekulların və mikrobların 81%-i tədricən, xronoloji ardıcıllıqla dəyişmir - orqanizm həyatı boyu iki sürətli dəyişiklik dövrü keçir.

“Nature Aging” jurnalında dərc edilən araşdırmaya görə, 44-60 yaş arasında ürək-damar xəstəlikləri ilə əlaqəli molekulların miqdarı əhəmiyyətli dərəcədə dəyişir və 60 yaş ətrafında olan insanlarda immun funksiyası ilə əlaqəli molekullar dəyişir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun