Xəstəliklər
Oynaqlardakı xırçıltı bu xəstəliyin əlamətidir
Xəstəliklər
230

Oynaqlardakı xırçıltı bu xəstəliyin əlamətidir

Oynaqlardakı xırçıltılar əzələ gərginliyinə işarədir ki, bu da yırtıqlara və sinirlərin sıxılmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə rusiyalı terapevt Artyom Ranyuşkin danışıb.

“Hər hansı bir xırçıltı, hər hansı bir hərəkətin çətinliyi əzələlərdə problemlərin olduğunu göstərir və onları həll etmək lazımdır. Əks təqdirdə, bu, sinirlərin sıxılmasına, oynaq çıxmalarına, yırtıqlara və müvafiq olaraq, ən kəskin ağrılara, qollarda və ya ayaqlarda hissiyatın itirilməsinə səbəb ola bilər”, - deyə mütəxəssis bildirib.

Ranyushkinin sözlərinə görə, kəskin ağrılar hələ yoxdursa, o zaman problemi idman terapiyası məşqləri və masajla həll etmək olar. Vəziyyət pisləşirsə, artıq terapevtlə əlaqə saxlamaq mütləqdir./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun