Son illərdə piylənmə və 2-ci tip şəkərli diabetlə mübarizədə istifadə edilən Ozempic (semaglutid) dərmanı böyük maraq doğurub. Bu dərman mədənin boşalmasını yavaşladır, iştahanı azaldır və qan şəkərini stabilləşdirir. Bəs bu təsirləri müəyyən qədər təbii yollarla da əldə etmək olarmı?
E-saglam.az xəbər verir ki, araşdırmalara əsasən, aşağıda Ozempic-ə bənzər bioloji təsirlər göstərə bilən bir neçə təbii qida və komponentləri təqdim edirik.
1. Alma sirkəsi – qan şəkərini stabilləşdirir
Tədqiqatlar göstərir ki, yeməkdən əvvəl az miqdarda alma sirkəsi içmək postprandial (yemək sonrası) qan şəkəri səviyyəsini aşağı sala bilər. Bu, insulin həssaslığını artırır və iştahı tənzimləyir.
2. Çia və kətan toxumu – toxluq hissini uzadır
Bu toxumlar su ilə birləşərək mədədə həcmi artır, bu da gec acmağa səbəb olur. Eyni zamanda qan şəkərinin tədricən yüksəlməsinə kömək edir, tıpkı GLP-1 hormonunu stimullaşdıran dərmanlar kimi.
3. Proteinli səhər yeməkləri – iştahanı azaldır
Yüksək proteinli səhər yeməkləri (yumurta, qatıq, qoz-fındıq) gün ərzində daha az yeməyə səbəb olur. Bu təsir qismən GLP-1 hormonunun təbii səviyyəsini artırmaqla baş verir.
4. Yaşıl çay və matcha – metabolizmanı stimullaşdırır
Katexinlərlə zəngin olan yaşıl çay qan şəkərini və insulin səviyyəsini yaxşı tənzimləyir. Həmçinin, yağ yandırma prosesini stimullaşdırır.
5. Lifli tərəvəzlər – mədə boşalmasını ləngidir
Brokoli, kələm növləri, ispanaq və digər yaşıl tərəvəzlər həzm prosesini yavaşladır, bu da toxluğun daha uzun sürməsinə və qida qəbulunun azalmasına səbəb olur.
6. Fermentləşdirilmiş qidalar – hormon balansını dəstəkləyir
Kefir, turşu, kombuça kimi fermentləşdirilmiş qidalar bağırsaq mikrobiotasını yaxşılaşdırır. Bu da GLP-1 kimi hormonların səviyyəsinə dolayısı ilə təsir edə bilər.
Ozempic kimi dərmanlar kliniki effektlərə malik olsa da, təbii qidalanma vərdişlərinin dəyişdirilməsi də bədənə bənzər təsirlər göstərə bilər. Qan şəkərinin sabitləşdirilməsi, iştahın idarə olunması və maddələr mübadiləsinin gücləndirilməsi üçün təbiətin təqdim etdiyi bu alternativlər həm təhlükəsizdir, həm də uzunmüddətli sağlamlıq üçün faydalıdır.
Tərcümə: Könül Oruc