Qidalanma
"Peraşki" yeyənlərin nəzərinə!
Qidalanma
2612

"Peraşki" yeyənlərin nəzərinə! - Qida mühəndisi zərərlərini açıqladı

Bir çox insanın ayaqüstü yemək kimi qəbul etdiyi "peraşki"nin orqanizm üçün zərərləri var.

Bu barədə E-saglam.az-a Qida mühəndisi Fərid Səfərov məlumat verib. 

"Peraşki"nin ziyanları aşağıdakılardır:

- "Semiçka" yağı (günəbəxan), bu yağlar orqanizmdə iltihabı artırır.
- "Peraşki" müəyyən vaxtda enerji versə də faydasız karbohidratdır.
- Karbohidrat insulin hormonunun fəaliyyətini artırır.
- Qlisemik indeksi yüksək qidadır.
- Balanslı qida hesab olunmur.
- Ziyanlı qida vərdişi hesab olunur.
- Qızartmalar orqanizm üçün xüsusilə ziyanlıdır (qaraciyər və s.)
- 90% bu tip ayaqüstü qidalar gələcəkdə çox ciddi mədə-bağırsaq problemləri yaradır, piylənmə və s.
- Boş kalori hesab olunur.

F.Səfərov qeyd edib ki, gündəlik enerjimizi təmin etmək və sağlam olmaq üçün mütləq balanslı qidalanmalıyıq. Balansı yaratmaq və saxlamaq isə özümüzdən asılıdır.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun