Tibbi xəbərlər
Peyvənd olunanların sayı açıqlandı
Tibbi xəbərlər
116

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, ötən gün 36 348 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 728, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 922 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 328 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 055 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 532 579, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 740 961 təşkil edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun