Xəstəliklər
Peyvənddən sonra allergik reaksiya nə qədər təhlükəlidir?
Xəstəliklər
298

Peyvənddən sonra allergik reaksiya nə qədər təhlükəlidir?

COVID-19 əleyhinə peyvəndlərə qarşı allergik reaksiyaların nadir hallarda baş verdiyi məlum olub. Müvafiq sənəd Rusiya Allerqoloqlar və Klinik İmmunoloqlar Birliyinin mütəxəssisləri tərəfindən hazırlanıb.

E-saglam.az xəbər verir ki, sənəddə peyvəndə qarşı təhlükəli allergik reaksiyaların qeydə alınmadığı vurğulanıb:

“Genişmiqyaslı araşdırmalara görə, allergik reaksiyaların sayı peyvəndin növündən asılı olaraq 1 milyon dozada 0,65-1,53% arasında dəyişir”.

Qeyd edək ki, koronavirusa qarşı peyvəndlərin 88% qoruma təmin edə bildiyi vurğulanıb./publika.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun