Tibbi xəbərlər
“Pfizer”dən korona dərmanları: Sınaqlar başlayır
Tibbi xəbərlər
181

“Pfizer”dən korona dərmanları: Sınaqlar başlayır

“Pfizer” əczaçılıq şirkəti COVID-19-a qarşı həblərin koronavirusa yoluxmuş xəstələr üzərində sınaqlarına başlayır.

E-saglam.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu, dərman vasitəsi sınaqlarının son mərhələsi olacaq.

Testlər 1140 nəfər yetkinlik yaşına çatmış və xəstəxanaya yatırılmasına ehtiyac olmayan koronaviruslu şəxslər üzərində keçiriləcək.

PF-07321332 indeksli həbləri COVID-in ilk əlamətləri müşahidə olunan zaman qəbul etmək lazımdır. Dərman koronavirusun çoxalaraq orqanizmdə yayılmasının qarşısını alır. Onun ilin sonunadək satışa çıxarılması gözlənilir./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun