Tibbi xəbərlər
“Pfizer”in uşaqlar üçün COVID peyvəndinin sınaqları uğurlu olub
Tibbi xəbərlər
129

“Pfizer”in uşaqlar üçün COVID peyvəndinin sınaqları uğurlu olub

ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin ortaq istehsalı olan koronavirusa qarşı vaksinin uşaqlar üçün nəzərdə tutulmuş variantı klinik sınaqlardan uğurla keçib.

E-saglam.az xəbər verir ki, bu barədə məlumat adıçəkilən şirkətlərin birgə bəyanatında öz əksini tapıb.

Qeyd olunub ki, preparat 5-11 yaşlıların COVID vaksinasiyası üçün hazırlanıb.

Hazırda peyvəndin sınaqlarının ikinci mərhələsi başa çatıb. Testlərdə 2 268 uşaq iştirak edib./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun