Faydalı
Pula qənaət etməyin
Faydalı
333

Pula qənaət etməyin ən sadə yolu

Pulunuza qənaət etmək istəyirsinizsə, nağdsız ödənişlərdən uzaq durun.

E-saglam.az xəbər verir ki, avstraliyalı alimlər bu qənaətə gəliblər.

Avstraliyanın Adelaide Biznes Məktəbinin mütəxəssisləri son 40 ilin elmi məqalələrini və sosioloji araşdırmalarını təhlil edərək belə nəticəyə gəliblər ki, ödənişləri nağdsız aparanlar arxaya daha çox pul ata bilirlər.

Kart sahibləri, xüsusilə də xanımlar, internet mağazalara baş vurarkən təqdim olunan məhsulun görünüşünə daha tez valeh olurlar. Onlar bəzən düşünmədən kartdan ödəmə edirlər. Amma nağd ödəniş edərkən sənin daha çox düşünmək, götür-qot eləmək imkanın olur.

Bütün yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, pula qənaət etmək üçün bank kartları deyil, nağd pul istifadə etmək lazımdır. Qeyd edilir ki, nağd puldan istifadə büdcənizi daha yaxşı planlaşdırmağa və həddən artıq bahalı alışlar etməməyə kömək edəcək.(Teleqraf)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun