Xəbərlər
Qəhvənin qiyməti
Xəbərlər
250

Qəhvənin qiyməti rekord həddə çatdı

Ərəb (Arabica) qəhvəsinin qiyməti artmaqda davam edir.

E-saglam.az-ın xəbərinə görə, bu barədə "Trading Economics" məlumat yayıb.

Belə ki, çərşənbə günü Nyu-Yorkda ticarət zamanı fyuçerslərin qiyməti 3%-dən çox bahalaşıb və 0,45 kq üçün 3,22 dollara çatıb.

Bu, ən azı 1972-ci ildən bəri ən yüksək səviyyədir.

Bu ilin əvvəlindən ərəb qəhvəsi ABŞ-də təxminən 70%, İngiltərədə isə 85% bahalaşıb.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun