Tibbi xəbərlər
Qida zəhərlənməsi insan intellektini zəiflədir? -
Tibbi xəbərlər
214

Qida zəhərlənməsi insan intellektini zəiflədir? - ARAŞDIRMA

Praqadakı Çarlz Universitetinin parazitoloqları və təkamülçü bioloqları bildiriblər ki, qida zəhərlənməsi halı insanın zehni qabiliyyətlərinə mənfi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, onların araşdırması "Folia Parasitologica" jurnalında dərc olunub.

Alimlər diqqəti əhalinin geniş təbəqələrinə təsir edən və orqanizmdə uzun müddət saxlaya bilən iki spesifik infeksiyaya yönəldiblər: qida zəhərlənməsinə səbəb olan Toksoplazma gondii və Laym xəstəliyinə səbəb olan Borrelia spp bakteriyası. Tədqiqatda 8 minə yaxın insan iştirak edib.

Məlum olub ki, əvvəllər toksoplazma ilə qida zəhərlənməsindən əziyyət çəkən insanların öyrənmə qabiliyyəti, konsentrasiyası və yaddaşı pisləşib, intellekt azalıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun