Qidalanma
Qidaları az çeynəyən uşaqlar
Qidalanma
271

Qidaları az çeynəyən uşaqlar bu xəstəliyə daha çox tutulur

Yaponiyada aparılan araşdırmalara görə, az çeynəyən, tez yemək yeyən və ağızları dolu olan uşaqların piylənməyə meylli olduğu müəyyən edilib.

E-saglam.az xəbər verir ki, Yaponiyanın Osaka Universitetinin alimləri çeynəmə vərdişlərinin uşaqlarda piylənməyə təsirini araşdırmaq üçün araşdırma aparıblar.

9-10 yaş arası təxminən 1400 uşağın yemək vərdişlərinin araşdırıldığı araşdırmada, yeməyini kifayət qədər çeynəməyən uşaqların piylənməyə daha çox meylli olduğu müəyyən edilib.

Müəyyən edilib ki, yeməyi pis çeynəyən, eləcə də tez və ağzı dolu yeyən uşaqlar da bu xəstəliyə meyilli olurlar.

Məlum olub ki, az çeynəyən uşaqlarda piylənmə riski bir yarım dəfə, tez yeyən uşaqlarda isə piylənmə riski təxminən iki dəfə çoxdur.

Bu vəziyyətin daha çox oğlanlarda müşahidə edildiyi üzə çıxsa da, araşdırma nəticəsində “obez” sinfində 167 uşaq qiymətləndirilib.

Araşdırma "Science Direct" saytında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun