Xəstəliklər
Qırmızı nəcis nəyin göstəricisidir?
Xəstəliklər
728

Qırmızı nəcis nəyin göstəricisidir?

Bəzən yediyimiz qidalar da nəcisin rənginə təsir göstərir.

Bu barədə E-saglam.az-a Xətai Tibb Mərkəzinin Cərrah-Proktoloqu Janna Xudaverdiyeva məlumat verib.

Onun sözlərinə görə, çuğundur, giləmeyvələr, tomat, qazlı içkilərin tərkibindəki boyaq maddələri nəcisin rənginin qırmızı olmasına səbəb ola bilər. Lakin 1-2 gün ərzində nəcisin rəngi normallaşır.

Qeyd edək ki, qırmızı nəcis, babasil, ağır bağırsaq infeksiyaları, bağırsağın iltihabi xəstəlikləri və bədxassəli şişlərin əlamətlərindən də sayıla bilər. Dəqiq səbəbi aydınlaşdırmaq üçün həkim müayinəsi vacibdir. 

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun